Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

image-9484160b-9626-4b92-b63d-b89e338877febackend

Naxçıvan Muxtar RespublikasınınAli Məclisinin 1995-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması haqqında qərar qəbul edilib. Ali Məclisin bununla bağlı qanunvericilik aktının qəbul olunmasıüçün ölkə parlamentinə Azərbaycan RespublikasınınAlı Sovetinə müraciət edilib.Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-ni ünya Azərbaycanlılarının həmrəylik günü olaraq elan olunması barədə qərar qəbul edib və bütün azöərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bayramı Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlilarının birlik və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqının dilinə, dininə, milli mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına , yaşamasına qayğı təşkil edir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hissləriniözündə təcəssüm etdirir. 2001-ci il noyabrı 9-10 da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızızn milli həmrəylik şürunun güclənməsinə müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkiliyinin və fəallığının artmasına təsir göstərdi. Qurultaydan sonra Ümumimilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişlənirilməsi və inkişaf etdirilməsi məqsədi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycalılarla İş üzrə Dövlət komitəsinin yaradılması, həmin il ekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında “ Qanun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesin daha da güclənirdi.

Xarici ölkələr də yaşayan azərbaycanlılarla əlaqələrin genişlənməsinin dövlət siyasətinin mühüm istiqamətinə çevrilmiş Prezident İlham Əliyev mövcü sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlılar maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.

2007- ci il martın 9-da keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin 1-ci forumu bütün türk dilli xalqların həyatında mühüm haisə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.

II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı cəsarətli etirazları , Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədəkar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. 2-ci Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən , statusundan , vəzifəsindən, milli-mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə , siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı . Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətiylə dünya azərbaycanlılarına təbrikində deyib : “ Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan ordusu hər anı qəhrəmanlıqla 44-gün ərzində düşmənin ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtiar birliyi , ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi – diplomatik fəaliyyət sayəsində eldə edilmişdir.

Nəsimi rayon 19 nömrəli tam orta məktəbin Tarix müəllimi
Məmmədova Gülnarə Elbrus qızı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90