Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Busaat.az xəbər verir ki, H qrupunda İsrail – İspaniya matçı baş tutub.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını 6-ya çatdıraraq 1/8 finala yüksəlib.
Hesabında 3 xal olan İspaniya mübarizəni dayandırıb.
H qrupunun Serbiya – Qana oyunu saat 19:30-da start götürəcək. Serbiyanın 6 xalı var. Afrika təmsilçisi isə əvvəlki iki qarşılaşmada məğlub olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Busaat.az xəbər verir ki, günün ilk matçında E qrupunda Kosta Rika ilə Tailand milliləri qarşılaşıblar.
Milli Gimnastika Arenasındakı qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:1.
Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar. E qrupunun İndoneziya – Monteneqro görüşü bu gün saat 20:00-da başlayacaq.
Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq.
Busaat.az xəbər verir ki, son oyun günündə daha səkkiz görüş keçiriləcək.
Belə ki, Kosta-Rika Tailandı, İsrail İspaniyanı, Argentina BƏƏ-ni, Polşa Bosniya və Herseqovinanı, Çexiya Gürcüstanı, Serbiya Qananı, Qazaxıstan ABŞ-ni, İndoneziya isə Monteneqronu qəbul edəcək.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan seçməsi ilk oyunda heç-heçə edib, digər iki görüşdə isə qələbəyə sevinib (1:1, 4:0, 2:0).
26 may
Minifutbol üzrə dünya çempionatı
Qrup mərhələsi
III tur
Saat 12:45, Kosta-Rika – Tailand;
Saat 14:00, İsrail – İspaniya;
Saat 15:15, Argentina – BƏƏ;
Saat 16:30, Polşa – Bosniya və Herseqovina;
Saat 18:15, Çexiya – Gürcüstan;
Saat 19:30, Serbiya – Qana;
Saat 20:45, Qazaxıstan – ABŞ
Saat 22:00, İndoneziya – Monteneqro.