Dünyanın ən qoca sakini 117 yaşını qeyd edir – FOTO

Dünyanın ən qoca sakini 117 yaşını qeyd edir – FOTObackend

Dünyanın ən yaşlı sakini Kane Tanaka 117 yaşının tamam olmasını qeyd edib. Bu münasibətlə qadının yaşadığı qocalar evində tort, şar və şamlı ad günü şənliyi keçirilib.

Yaponiyanın “Kiodo” agentliyinin məlumatına görə, ad günü tədbirinə qocalar evinin digər sakinləri də qatılıb. Əsas təam çiyələk və kremlə bəzədilmiş tort olub.

Səbəbkar tortun dadını çox bəyənib və yenə də yemək istədiyini deyib.

Qeyd edək ki, Kane Tanaka Ginnesin rekordlar kitabına dünyanın ən yaşlı sakini kimi ötən ilin martında düşüb.

Qadın 1903-cü ilin yanvar ayının 2-də dünyaya gəlib. Ailədəki doqquz uşaq arasında yeddinci olub. 19 yaşında ailə quran Kanenin 5 övladı olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki