“Əcnəbi terrorçularla bağlı hesabat beynəlxalq təşkilatlara təqdim edilib”

“Əcnəbi terrorçularla bağlı hesabat beynəlxalq təşkilatlara təqdim edilib”backend

Sentyabr-noyabr aylarında davam etmiş hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə Xarici İşlər Nazirliyi tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib.

Busaat.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında məlumat verilib.

“Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilib”, -deyə məlumatda qeyd olunub.

Həmçinin bu dövr ərzində, Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər Nazirliklərinə təqdim edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki