“Elə verlişlər var ki, heç ora getməmək lazımdır” – Afətdən Xatirəyə DƏSTƏK

image-seventimes_b05e9ae75566b56bdc6f06ad31aff004_v4zp01btgr5n8ckemjiu-768x403backend

7times.az saytının “Gündəm Özəl” adlı yeni rubrikasının ilk qonağı məşhur müğənni Afət Fərmanqızı oldu. Afət xanıma son günlər ən çox müzakirə olunan mövzulara dair 3 sual verib, gündəm yaradacaq 3 cavab aldıq.

7times.az saytının xüsusi xəbərini sizə təqdim edirik:

Karantin rejiminin yenidən sərtləşəcəyi və yenidən “SMS İcazə” sisteminin tətbiq edilməsi gözlənilir. Bir ildir toylardan uzaq qalan müğənni kimi bu iddialara münasibətiniz necədir?

Pandemiya dövründə yaşayırıq, qanunlar insanlara necədirsə, mənə də elədir. Qanun qarşısında mənim boynum qıldan incədir. Təbii ki, hamıya olduğu kimi mənim üçün də çətinliklər var, amma neyləyək?

image-seventimes_aa96f468718ba9ae15ef38d2219c4a84_e35yku6spif80wj2vla1

Son zamanlar bir çox müğənnilər Rusiyada toylarda çıxış edirlər. Siz bu karantin dövründə Moskvadakı toylardan dəvət almısınız?

Əlbəttə, Rusiyadan toylara və konsertlərə dəvət alıram. Amma birmənalı şəkildə “yox” cavabı verirəm. Çünki verilən qonarar məni qane etmir. Mən Bakıdan İstanbula, oradan da Moskvaya uçmalıyam. Mənim bu əziyyətimə dəymir. Yəni o qonarar mənə sərf etmir.

image-seventimes_d178115e46715c1be2d7fc4c2c5dbabd_u054bqa87xkfz6392c1l

Son günlər ən çox müzakirə olunan mövzulardan biri isə Xatirə İslamın onu efirə çağıran kanallardan qonarar tələb etməsi olub. Müğənninin bu açıqlaması birmənalı qarşılanmayıb. Sizin buna münasibətiniz necədir?

Xatirə İslamın fikrinə hörmətim var. Mən də üç-dörd il öncə bəzi verlişlərə “mənə pul verin, gəlim” demişəm. Çünki elə verlişlər və yaxud elə aparıcılar var ki, onların verlişinə heç getməmək lazımdır. Ona görə bəhanə edərək, verlişdə iştirak üçün qonarar tələb etmişəm. Vaxtımı niyə boş-boşuna itirməliyəm? Onlar da vermədiyi üçün mən də, getməmişəm. Adını çəkməyəcəyim lakin, çəkiliş səviyyəsi də çox aşağı səviyyəli olan bəzi verlişlər var idi, söhbət onlardan gedir. Bəzi verlişlər var ki, ora getmək vaxt itikisidir. Getməmək üçün əlbəttə, o proqramlardan pul istəmişəm. Gördüyünüz kimi, başqa hansı verlişlər çağırırsa sevə-sevə gedirəm. Müğənnini xalqa efir tanıdır. Sosial şəbəkələr 5-6 ildir var, amma mən 20 ildir oxuyuram, 20 ildir hərkəs məni tanıyır. Mən buna görə də, efirlərə borcluyam.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90