Əliyev-Paşinyan görüşü: Sülh sazişinin imzalanmasının qarşısını almağa çalışan…” – Metyu Brayza

Əliyev-Paşinyan görüşü: Sülh sazişinin imzalanmasının qarşısını almağa çalışan…” – Metyu Brayzabackend

“Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın yaxın bir neçə həftə ərzində, ilk növbədə, noyabrın 26-də Soçidə Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə, sonra isə dekabrın 15-də Avropa İttifaqı və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Brüsseldə ikimərhələli görüşlərinin baş tutacağını eşitməkdən məmnun oldum.
Düşünürəm ki, bu görüşlər daha tez tarixdə baş tutmalı idi”.

Bu fikirləri Busaat.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, siyasi ekspert Mety Brayza deyib. O qeyd edib ki, noyabrın 26-da Azərbaycan-Ermənistan sərhədində baş verənlər hər kəsə məlum olduğu kimi iki ölkə arasında 44 günlük müharibədən sonra yaşanan ən ciddi toqquşmalar idi.

“Və qorxuram ki, bu gərginlik Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşənə və ya demarkasiya edilənə qədər vaxtaşırı davam edəcək. Güman edirəm ki, həm Soçidə, həm də Brüsseldəki görüşlərdə bu, müzakirələrin əsas diqqət mərkəzində olacaq.
Həmçinin düşünürəm ki, bu müzakirələrin ikinci əsas mövzusu həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün sülh sazişi mərhələsinə keçmək istəyi olacaq.

10 noyabr bəyanatı belə bir sülh sazişinin əsas təməlini ortaya qoyur. Bu, ATƏT-in Minsk qrupu olaraq Azərbaycan və Ermənistan liderlərinə danışıqlarda kömək etdiyimiz və əslində onların 2009-cu ilin yanvarında qeyri-rəsmi olaraq razılaşdıqları Madrid prinsipləri adlanan əsas prinsiplərə çox uyğundur. Beləliklə, platforma mövcuddur və sülh danışıqlarına başlamaq vaxtıdır.
Hesab edirəm ki, Azərbaycan və Ermənistan sərhədində baş verən son gərginliyin əsas səbəbi Ermənistanın siyasi aləmində sülh sazişinin əldə olunmasının qarşısını almağa çalışan və 10 noyabr atəşkəs bəyanatını Ermənistanın kapitulyasiyası kimi pisləyən insanların olmasıdır. Əslində, onlar hakimiyyətdə olduqları müddətdə Ermənistanı qeyri-mümkün vəziyyətə salmaqda məsuliyyət daşıyan şəxslərdir ki, məhz onların sayəsində Ermənistan əvvəldən məğlub olduğu bir müharibənin başlamasına səbəb oldu. Çünki Azərbaycanın hərbi potensialının inkişafını nəzərə alsaq, onların qalib gəlmək imkanı yox idi. Ona görə də hesab edirəm ki, həm Azərbaycan, həm də Ermənistan liderləri açıq-aşkar qabaqcıl diplomatiya, beynəlxalq sərhədlərinin demarkasiyası və sülh sazişi üçün irəliləyiş istəyirlər.
İndi ümid edirəm ki, bütün tərəfləri işə cəlb etməklə qabaqcıl diplomatiya tezliklə 10 noyabr bəyanatında göstərildiyi kimi regionda bütün nəqliyyat əlaqələrinin yenidən açılmasına gətirib çıxaracaq və bir tərəfdən Ermənistan, digər tərəfdən Azərbaycan və Türkiyə arasında investisiya axımının genişlənməsinə şərait yaradacaq. Bu da Ermənistanın öz regional iqtisadiyyatını bərpa etməsinə, investisiyaların cəlbinə, gəlirlərin və iş yerlərinin yaradılmasına imkan verəcək ki, hazırda Ermənistanın buna hər zamankindən daha çox ehtiyacı var”, deyə Mety Brayze əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90