Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.63 $▼0.19%
  • WTI neft101.96 $▲0.61%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.025 $▼1.27%
  • Qızıl4 071 $▲0.36%
  • Gümüş53.93 $▼0.34%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 290 $▲0.61%
  • Ethereum2 363 $▲0.68%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Elman Nəsirov: "Hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır"

image-elman
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin deputatı Elman Nəsirov ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb. 

Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən görüntülərin montaj edilib-edilməməsi hələ təsdiqini tapmayıb:

“Əgər sübut edilsə ki, bu video montaj deyil, o zaman mən bu hərəkəti çox neqativ qarşılayacam. Hesab edəcəm ki, bu cür hərəkətlər ümumiyyətlə qəbuledilməzdir. Amma dünyada hər şey ola bilər. Birdən bu görüntü təsdiqini tapmasa, məlum olsa ki, bu təxribatdır, bəs o zaman necə olacaq? O zaman “sözümüzü geri götürürük” deməliyik? İndiki zamanda hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır. Bu gün azyaşlı uşaq telefon ilə mülkü bir şəxsin fotosunu montaj edərək, ona ABŞ polisinin formasını geyindirir, əlinə də silah verir. İndi dünya o qədər inkişaf edib ki, hər şeyi etmək mümkündür. Ona görə də hesab edirəm ki, Hüseynbala Mirələmovla bağlı görüntü real təsdiqini taparsa, o zaman bu hərəkətlərə qiymət vermək olar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=44488