Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.13 $▼1.15%
  • WTI neft90.19 $▼1.01%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.002 $▼0.69%
  • Qızıl4 115 $▼0.31%
  • Gümüş52.51 $▼1.06%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda589.75 ¢▼0.30%
  • Bitcoin73 854 $▼1.17%
  • Ethereum2 087 $▼1.81%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi - YENİLƏNİB

image-1637915814_elman
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Busaat.az xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə ediləcək.

Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər iki təqdimata müsbət rəy verilib və plenar iclasında müzakirə üçün tövsiyə edilib.

Qeyd edək ki, E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən azad olunacaq. Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir.

İdarə Heyətində Elman Rüstəmovu əvəz edəcək Taleh Kazımovun isə 38 yaşı var. O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb və bank rəhbəridir.

***

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Qərar səsə qoyularaq qəbul edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74960