Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.37 $▲0.48%
  • WTI neft102.05 $▲0.70%
  • Avropa qazı (TTF)94.52 €▼1.63%
  • Təbii qaz (ABŞ)3.044 $▼0.65%
  • Qızıl4 065 $▲0.20%
  • Gümüş53.97 $▼0.26%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda610.75 ¢▼0.12%
  • Bitcoin81 377 $▲0.71%
  • Ethereum2 369 $▲0.94%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

Elmar Vəliyev danışdı: “Yunus kimdir, mənə nə olub ki?”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi 2018-ci ildə sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır.

Busaat.az xəbər verir ki, prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

Bu olayla bağlı hələ bir neçə ay əvvəl “Gununsesi.org” istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib.

Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb. Məhkəmə öncəsi “Gununsesi.org”un əməkdaşı Elmar Vəliyevlə danışa bilib.

Sabiq icra başçısı ilə telefon söhbətimizi olduğu kimi təqdim edirik:

– Salam, Elmar müəllim.

– Kimdir?

– “Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?

– Yaxşıyam. Nə olub ki?

– Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…

– Yunus kimdir?

– Sizə sui-qəsd cinayətini törədən şəxs…

– Hə, nə istəyirsən?

– Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?

– Nə məhkəmə e, sən kimsən?

– Dedim axı, jurnalistəm…

Sonuncu replikamızdan əsəbləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra telefonun dəstəyi asıldı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1520