Elmira Axundovanın villasının videosu yayıldı

image-elmira12backend

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Qəbələdəki villasının videosu yayılıb.

Pravda.az-ın xəbərinə görə, dəbdəbəli ev şəhərin Seyid Əzim Şirvani küçəsindədir.

Qeyd: E.Axundova bir neçə gün əvvəl, bahalı avtomobil alması ilə gündəmə gəlmişdi. Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Elmira Axundova ötən il Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunanda özündən əvvəlki səfir üçün 2018-ci ildə alınmış 2008-ci il buraxılış BMW 730 markalı avtomobili bəyənməyib: “Özünü Kiyevə çatdırar-çatdırmaz son model Mercedes-Benz S 350L (2020-ci il buraxılış) sifariş verib. Avtomobil Almaniyadan sifariş olunub, dəyəri istehsalçı ölkədə 125 min avrodur (250 min manat). Son model bahalı avtomobil hazırda CDP 041 diplomatik nömrə ilə Elmira Axundovanın xidməti istifadəsindədir. Elmira Axundova ötən ilin iyun ayında səfir vəzifəsinə təyin edilib, sifariş etdiyi avtomonil 2020-ci il dekabrın 17-də Ukrayna Dövlət Avtomobil Müfəttişliyində (Kiyev, Şevçenkivski rayonu) qeydiyyata alınıb.

E.Axundova isə məsələyə reaksiya verməyib. Mövqeyini dərc etməyə hazırıq.

image-hokm_b354280574a805c6ff2f41e1ea3dbe44_1uzyslfx5r9bqv36whak

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90