EMA-dan BƏDBİN PROQNOZ: “Koronavirusun yeni versiyaları peyvəndə qarşı müqavimət göstərə bilir”

image-ema-ordine-678x355backend

Yeni koronavirus variantları ilə bağlı ilk araşdırmalar haqqında bəzi təfərrüatlar paylaşılıb.

Busaat.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin (EMA) rəsmiləri Britaniyanın Reuters xəbər agentliyinə açıqlama verib.

EMA-nın peyvənd strategiyasının rəhbəri Marko Kavaleri, Avropa vətəndaşlarının Covid-19 peyvəndini qəbul etmələri lazım olduğunu təkrarlayıb. Kavaleri qeyd edib: “Yaxınlaşan yeni Covid-19 dalğasından qorunmağın vaxtıdır. Xüsusilə yaşı 60-dan yuxarı olanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar peyvənd edilməlidir. Bütün vaksinlər ciddi xəstəliklərə qarşı effektiv müdafiəni təmin edir“.

Omicron-un BQ1 variantına ən az 5 ölkədə rastlandığına diqqət çəkən Kavaleri bu xəstəliyin noyabrın ortalarından dekabrın əvvəlinə kimi dominant variant ola biləcəyini söyləyib.

“Laboratoriyada aparılan ilkin araşdırmalara görə, bu yeni variant əvvəllər qəbul edilmiş peyvənd nəticəsində formalaşmış immunitetə müqavimət göstərmək qabiliyyətinə malikdir” – deyə, Kavaleri əlavə edib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki