Enerji içkilərindən istifadə orqanizmin zəifləməsinə səbəb olur

Enerji içkilərindən istifadə orqanizmin zəifləməsinə səbəb olurbackend

Enerji içkiləri iki kateqoriyaya ayrılır. Birinci qrupa kofein həcmi artıq olan, ikinci qrupa isə karbohidratın həcmi çox olanlar daxildir. Kofeini yüksək içkilərə gənclər daha çox üstünlük verir. Karbohidratı çox olan içkilərdən isə əsasən idmanla məşğul olanlar istifadə edir. Həmin içkilərin təsiri təxminən 3-4 saat davam edir.

AZƏRTAC xəbər verir ki, enerji içkilərinin uşaqların, hamilə qadınların və ürək-damar xəstəliyindən əziyyət çəkənlərin qəbul etməsinin çox təhlükəli olduğunu deyir: “Tərkibi kofeinlə zəngin olan energetik içkilərin qəbulu süni stimulyator təsiri göstərir, yəni orqanizmdə bütün enerji mənbələrini süni olaraq kəskin şəkildə gücləndirir, bu isə xüsusilə ürək-damar sisteminə çox ciddi təzyiq yaradır və nəticədə ürək-damar sistemi normal olduğundan qat-qat artıq işləyir”.

Enerji içkilərinin təsiri keçdikdən sonra insanda yorğunluq hissi yaranır. İdmanla məşğul olduqdan sonra isə içilən enerji içkisi qan təzyiqinin yüksəlməsinə, qan-damar sisteminin hərəkət prosesinə ciddi təsir göstərir. Mütəxəssislər bu içkiləri təbii şirələrlə əvəz etməyi daha məqsədəuyğun sayırlar.

Həkim-terapevtin dediyinə görə, alma, kök, çuğundur, nar, armud kimi meyvə və tərəvəzlərdən hazırlanan və gündə 1 və ya 2 stəkan qəbul edilən təbii şirələr süni stimulyator içkilərini tamamilə əvəz edə bilər.

10 qram kofein insan üçün təhlükəlidir. Bu isə 150 ədəd enerji sərfi deməkdir. Belə içkilər qısamüddətli yaxşı əhval-ruhiyyə yaradır, süni enerji artımı isə orqanizmin zəifləməsinə səbəb olur.

Xatırladaq ki, yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir./azərtac

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki