“PSJ”nin baş məşqçisi Luis Enrike komandasının Fransa çempionatının dördüncü turunda “Lion”la oyunda (4:1) qazandıqları qələbəni şərh edib. Qaliblər sırasında Kilian Mbappe dublla, Əşrəf Hakimi və Marko Asensio isə hərəyə bir dəfə fərqləniblər.
Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Bəli, nəticə çox yaxşıdır və komandanın əhval-ruhiyyəsi qüsursuzdur. Lakin hələ qarşıda çox uzun bir yol var və hər şey daha yaxşı olmalıdır. Amma komandanın ambisiyaları və fərdiliyi məni qane edir. Mbappe və Vitinha arasında əlaqə? Biz hələ də oyunçuları, nə istədiyimizi və nəyi hədəflədiyimizi tanıyacağımız bir dönəmdən keçirik. Amma aydındır ki, yüksək səviyyəli oyunçuları bir araya gətirəndə gözəl şeylər baş verir”, – klubun rəsmi saytı Enrikedən sitat gətirib.
Dörd turdan sonra “PSJ” 8 xalla RPL turnir cədvəlində ikinci yerdədir.