Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni “ruhu ölü” təşkilat adlandırıb.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Türkiyə lideri bildirib ki, ABŞ, Qəzza zolağının cənubundakı Rəfahda mülki şəxslərin ölümünə görə İsrail kimi eyni məsuliyyəti daşıyır.
Onun sözlərinə görə, Qəzzada insanlar ölürsə , Avropada söz azadlığı və uşaq hüquqları ölür.
“BMT, soyqırımı dayandıra bilmirsənsə, sənə nə lazımdır? BMT öz işçilərini belə qoruya bilməz. BMT-nin ruhu ölüdür”.