Ərdoğan Şimali Kiprə rəsmi səfər edib

image-erdokiprbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına rəsmi səfər edib.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı hava limanında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar qarşılayıb.

Türkiyə Prezidenti səfəri çərçivəində Şimali Kipr Türk Respublikasının Parlamentinin xüsusi iclasında çıxış edəcək, həmçinin bir sıra digər tədbirlərdə iştirak edəcək.

Bununla yanaşı, tərəflər arasında yüksək səviyyəli danışıqların aparılacağı da gözlənilir.

Qeyd edək ki, Ərdoğanın iki günlük səfəri həmkarı Ersin Tatarın dəvəti əsasında baş tutub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90