Ərdoğan Vaşinqtona gedəcək

image-24backend

İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammiti üçün Vaşinqtona səfər edəcək. 

Busaat.az “Sabah”a istinadən xəbər verir ki, NATO-nun 75-ci ildönümünün qeyd olunacağı zirvə toplantısında 32 üzvlü ittifaqın dövlət və hökumət başçıları iştirak edəcəklər.

Sammitdə Ərdoğanın İsrailin Qəzzada törətdiyi qırğınların dayandırılması və daimi sülhün əldə olunmasına dair qiymətləndirmələr aparacağı gözlənilir. O, sammit çərçivəsində bir çox ikitərəfli görüşlər keçirəcək.

Liderlər iyulun 11-də NATO-Ukrayna Şurasının iclası üçün eyni masa ətrafında toplaşacaqlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki