Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft112.39 $▲1.40%
  • WTI neft103.38 $▲2.01%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.074 $▲0.33%
  • Qızıl4 054 $▼0.06%
  • Gümüş53.63 $▼0.90%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.00 ¢▼1.72%
  • Bitcoin80 439 $▼0.45%
  • Ethereum2 332 $▼0.66%
  • S&P 5007 738▲0.20%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Ərdoğan virusdan qorunmağın yolunu dedi: "Hər səhər bir qaşıq doşab içirəm"

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində viruslardan qorunmaq üçün məsləhətlər verib.

Jurnalistlərin “Siz viruslardan necə qorunursunuz?” sualına cavab verərkən Ərdoğan söyləyib: “Mən hər səhər bir qaşıq doşab içirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. Söhbətdə Ərdoğan Çindən qaynaqlanan koronavirus epidemiyası ilə bağlı görülən tədbirləri müzakirə edib.

Ərdoğan koronavirusun qarşısını almaq üçün bədəni sağlam saxlamağın yolları haqda danışıb: ”Mənim bir məsləhətim var. Bunu həkimlər də deyir. Özünüzü soyuğa verməyin. Qızdırmanızı ölçün. Bunlar koronavirusun simptomlarıdır. Hər şeydən öncə özünüzə arxalanın. Yeməyinizə diqqət edin. İnanın ki, biz bununla bağlı xüsusi bir tədbir görmürük. Bədəninizi gücləndirin. Bizim bəzi dostlarımız sağ olsun, bizə hərdən tut doşabı göndərir. Mən hər səhər bir qaşıq doşab içirəm. Çünki qanı artırır. Xüsusilə Ərzurum doşabı yaxşıdır.”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3437