Ərdoğandan sonra onlar da peyvənd olundu

Ərdoğandan sonra onlar da peyvənd olundubackend

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndi etdirdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə o, öz tvitter hesabında məlumat verib.

“Səhiyyə nazirimiz Fəxrəddin Qocanın dəvəti ilə “COVID-19” vaksini vurdurdum. Bu epidemiyanın çox yaxın zamanda qurtaracağına ümid edirəm və bütün insanlarımızı peyvəndlənməyə dəvət edirəm”, – deyə Baxçalı bildirib.

Həmçinin, İYİ Partiyasının lideri Meral Akşenerə də peyvənd tətbiq olunub.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndi tətbiq edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90