Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu Şırnakda yol qəzası keçirib.
Busaat.az xəbər verir ki, qəza prezident Rəcəb Tayyib Ərdoğanın Şırnakdakı proqramından sonra baş verib.
Saat 15:00 radələrində Cizre Nusaybin şosesi, Çığır Köyü istiqamətində Nusaybin istiqamətində hərəkət edən Almaniya əsilli K.D-nin idarə etdiyi DU HZ 79 nömrəli avtomobil karvanı polis qruplarını daşıyan 73 EB 734 nömrəli avtomobillə toqquşub.
Nəticədə Şırnakda xidmətdə olan polis məmuru Fırat Der qəzada həyatını itirib. Polis əməkdaşları O. K. və İ.D. yaralanıb. Yaralılar Cizre Dövlət Xəstəxanasına aparılaraq nəzarət altına alınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Mardində keçirdiyi mitinqdə “Şırnak səfərimizdən sonra baş verən yol qəzasında həyatını itirən Fırat Derə Allahdan rəhmət diləyirəm. İnşallah cənnətdə yatsın. Xəsarət alan zabitlərimizə tezliklə şəfa diləyirəm”,-şəklində açıqlama verib.Sfera.az