Ərdoğanla Putinin növbəti görüşünə hazırlıq aparılır

Ərdoğanla Putinin növbəti görüşünə hazırlıq aparılırbackend

Rusiya və Türkiyə Prezidentlərinin növbəti ildə görüşü gözlənilir.

Busaat.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclası zamanı rusiyalı həmkarı Sergey Lavrovla iki ölkənin liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci ildə baş tuta biləcək görüşün hazırlığı ilə bağlı müzakirə aparacaq.

“Prezidentlərimiz arasındakı sıx dialoq, aralarındakı münasibətlərdə qarşılıqlı etimad yalnız ikitərəfli deyil, həm də regional əlaqələrin inkişafına xidmət edir. Bu gün prezidentlərimizin gələn il Türkiyədə keçiriləcək zirvə görüşünə hazırlıq aparacağıq”,- deyə Çavuşoğlu qeyd edib.

Eyni zamanda Lavrov görüşün şərtlər imkan verdiyi halda ən qısa vaxtda baş tutacağını bildirib.

“Prezidentlərimizin şərtlər daxilində ən qısa zamanda keçirəcəyi Əməkdaşlıq Şurasının növbəti iclasında nəzərdən keçirməyə hazırlamalı olduğumuz bir sıra məsələlər üzrə danışıqlar aparacağıq”,- deyə Lavrov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki