“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Lauri Uaytuell sosial media hesabında yazıb.
“Ötən mövsüm parlaq keçdi – biz bütün gözləntiləri aşdıq. Mən bu layihəni qəbul edərkən çətinliklərdən xəbərdar idim. Boşluqlar var və biz hazırda çətin bir dövrdən keçirik. Mən və komanda da daxil olmaqla, hamımız bir yerdəyik, çətinliklərlə birlikdə mübarizə aparacağıq. Biz təkmilləşdirməli olduğumuzu bilirik”, – jurnalist Haqdan sitat gətirir.
Qeyd edək ki, oktyabrın 3-də Çempionlar Liqasının A qrupunun 2-ci turunun İngiltərənin “Mançester Yunayted” – İstanbul “Qalatasaray” matçı başa çatıb. Türkiyə yığması 3:2 hesabı ilə qalib gəlib. “Qalatasaray” iki oyundan dörd xalla A qrupunda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Mançester Yunayted” sonuncu yerdədir, “qırmızı şeytanlar”ın bir xalı yoxdur.