Erməni nəşrindən ŞOK İDDİA: Nikol Paşinyan istefa verməyə hazırlaşır

image-pasinyan-6backend

Ermənistanın “İravunk” qəzeti sensasion iddia ilə çıxış edib.

Busaat.az erməni nəşrinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyə yaxındır. Nəşr qeyd edir ki, Paşinyanın KTMT sammitindəki çıxışı hakimiyyətə ciddi düşünməyə əsas verib.

” Artıq bir neçə gündür ki, keçrilən aksiyalar Nikol Paşinyanı və komandasını qorxuya salıb. Paşinyana yaxınlığı ilə seçilən deputatlardan birinin bizimlə söhbətindən o qənaətə gəlmək olar ki, Paşinyan ona olan hücumlardan və təzyiqlərdən yorulub və komandasına istefa verəcəyi ilə bağlı fikirlərini bildirib. Nikol Paşinyan hal-hazırda nə Rusiyadan , nə də Qərbdən istədiyi dəstəyi ala bilmir. Bu da baş nazirin ruh düşkünlüyünə səbəb olub.” -nəşr qeyd edib.Alp.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90