Şuşada səsgücləndiricilər vasitəsilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Busaat.az xəbər verir ki, musiqinin səsi geniş əraziyə yayılıb və Xankəndidə də eşidilib.
Həmçinin bu gün səhər saat 06:00-dan Şuşadan verilən azan da Xankəndidə eşidilib.
Daha əvvəl Şuşada səsgücləndiricilər vasitəsilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səsləndirilmişdi.