Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolar

Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar – Fotolarbackend

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

Busaat.az xəbər verir ki, Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:

“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.

Daha ətraflı

O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.

Natavan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.

1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.

2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.

Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natavanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.

Şairdən qorxan kimdir?”.

busaat b966ab332069755b297c94ef8b61b440 g570qcv6yzlomk243is9 busaat cd415f87f4e58eccae44ec8a5f438932 r8evxucqafo3jkbtyw5i busaat 755ca8e2314357a2dbdcd108b3bd6ab5 hzi29n4x7bcwg1yrl3ta busaat 6b1cc045dff89a586ed13306c10de440 knrmxu14va0c5h6y2ot8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki