Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.03 $▲5.81%
  • WTI neft90.96 $▲4.96%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.956 $▲0.82%
  • Qızıl4 071 $▼1.91%
  • Gümüş51.68 $▼2.67%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.50 ¢▼0.04%
  • Bitcoin76 040 $▲0.21%
  • Ethereum2 236 $▲0.12%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Media

Ermənilərin oğurladığı mahnı yutubdan silindi -VİDEO

image-cavansir_quliyev_1182374
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verildiyi kimi, musiqisi Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilib.

Busaat.az xəbər verir ki, bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılmış və bu halın aradan qaldılıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib.

Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və bəstəkarın pozulmuş hüquqları bərpa edilib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=146072