Ermənilərin Türk birliyi xofu: Çin yaranan Türk ittifaqından niyə qorxur? – ARAŞDIRMA

image-_105712589_gettyimages-992174366backend

Son illər türk dövlətləri arasında əməkdaşlıq xeyli intensivləşib. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ildə üzvlərinin ehtiyaclarına uyğun olaraq daha çox qarşılıqlı dəstək və həmrəylik təmin etmək üçün Türk Dövlətləri Təşkilatına çevrilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın tamhüquqlu üzvləri, Macarıstan və Türkmənistan isə müşahidəçi statusundadır. Eyni zamanda, Türkmənistan təşkilatın 2022-ci ilin noyabrında Səmərqənddə keçiriləcək sammitinə tamhüquqlu üzv kimi qoşulmağa hazırlaşır.
Ermənistanın nüfuzlu news.am nəşri Türk birliyinin güclənməsi və türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə inkişafının gələcəkdə səbəb olacağı geopolitik və dünyəvi təsirləri ələ alıb.

News.am-a görə, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi elan edildikdən qısa müddət sonra Çin Kommunist Partiyasına bağlı “Global Times” qəzeti yazıb ki, bu dəyişiklik təşkilatın siyasiləşdiyini və türkçülük ideologiyasına meylli mərkəzə çevrildiyini göstərir. Bu təşkilat etnik münaqişələri gücləndirə və regional sabitliyə və təhlükəsizliyə zərbə vura biləcək ifrat millətçiliyin yüksəlişinə səbəb ola bilər.

“Global Times” şərhində Çinin şimal-qərbində yaşayan uyğurların türk etnik mənsubiyyəti inkar edilir və Çini parçalamağa çalışan türkçülük və seperatçı qüvvələrə qarşı mübarizədə ayıq-sayıq olmağa çağırış edilir.

Türk birliyi və hətta türk birliyi ideyası XX əsrin əvvələrində geniş şəkildə dəstəklənsə də, Orta Asiya və Qafqazda Rusiya imperiyasının, sonra isə Sovet İttifaqının hökmranlığı səbəbindən bu ideya baş tutmayıb. Ancaq SSRİ-nin dağılması ilə yenidən gündəmə gəlib və görkəmli türk şəxsiyyətləri hər zaman daha güclü türk ittifaqı yaratmağa çağırıb.

2020-ci ilin Dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən paradda iştirak edib və iranlılar arasında hiddət fırtınasına və İranla Türkiyə arasında diplomatik gərginliyin artmasına səbəb olan Azərbaycanın birləşməsi ideyasını dəstəkləyən mübahisəli şeir oxuyub. Az sonra Türkiyənin Milliyyətçi Hərəkat Partiyası lideri Dövlət Baxçalı şeiri təkrarlayaraq mühüm açıqlamalar verib.

Türk Dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi bütün Avrasiya üçün mühüm strateji təsirlərə malik ola bilər. O, Asiya ilə Avropa arasında ticarəti asanlaşdıra bilər və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCIT) Avropanın təchizat zəncirləri üçün alternativ marşrut kimi böyük diqqət cəlb edib. Lakin türk əməkdaşlığının yüksəlişinin daha bir mühüm təsiri var, yəni onun Çinlə daha geniş münaqişədə potensial rolu var.

Çinin Tayvanı işğal etməsi ehtimalı var ki, bu işğal digər ölkələrin də iştirak etdiyi daha böyük müharibəyə çevrilə bilər. Birləşmiş Ştatlar isə öz növbəsində Tayvanın yenidən Çin sərhədlərinə qatılmasının qarşısını almaq üçün münaqişəyə müdaxilə etməyi ciddi şəkildə nəzərdən keçirəcək. 2021-ci ildən bu yana prezident Coe Bayden bir neçə dəfə Çinin adaya müdaxiləsi halında ABŞ-ın Tayvanı müdafiə edəcəyini bəyan edib. Yaponiya və Flippin kimi digər ölkələr də münaqişəyə cəlb oluna bilər. Bəs belə bir ssenaridə Çinin qərb sərhədləri təhlükəsiz qalacaqmı ?

Çin ilə qonşuları arasında bölgədə genişmiqyaslı qarşıdurma baş verərsə heç bir tərəf türk dünyası qədər materik Çinin böyük hissəsini ələ keçirməkdə maraqlı ola bilməz. Belə ki, Çinin Sincan bölgəsində və ya uyğurların dediyi kimi Şərqi Türküstanda – Kaliforniya, Texas, İllinoys və NyuYorkun ümumi ərazisindən daha böyük bir bölgədə uyğur əhalisi Çinin sərt repressiv sistemi altında yaşayır.

Türk dövlətləri arasında əməkdaşlıq artdıqca onların ittifaqı hərbi məsələlərdə əməkdaşlığın genişləndirilməsini əhatə edəcək və hətta hərbi ittifaqın yaradılmasına doğru irəliləyə bilər. Belə bir addım güclü və döyüşə hazır silahlı qüvvələrə malik Türkiyə və Azərbaycanın Çin sərhədlərindən Orta Asiyaya qədər geniş ərazilərdə milli maraqlarının təminatı demək olardı.

Güclü türk ittifaqı, həmçinin Monqolustan və ehtimal ki, Yaponiya və Cənubi Koreyanı əhatə edən və Çin ətrafında kooperativ Altay qövsünün yaradılmasına kömək edən güc mərkəzinə çevrilə bilər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki