“Separatçıların varlığı Xankəndi və digər ərazilərdə mövcud olduğu müddətcə erməni əhali narahatlıq və təşviş içində yaşamağa davam edəcək”.
Bunu BQXC-nin vasitəçiliyi ilə Xankəndidən qaçan ermənilərin narahatlıq səbəbini şərh edən politoloq Elxan Şahinoğlu Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, normal insan orada yaşamaz:“Azərbaycan Respublikasının qanunlarına tabe olmaq istəməyən ermənilərin iki çıxış yolu var. Birinci yol Azərbaycan Respublikasının qanunlarına tabe olub adam kimi yaşamaq. İkinci yol isə prezident İlham Əliyevin də söylədiyi kimi, istəməyənlər bölgəni tərk edəcək. Qanunlarımıza tabe olmayanlara qarşı təzyiqlərimiz artacaq. Belə olan halda isə özləri məcbur olaraq bölgədən çıxacaq”.
Politoloq Qarabağ ermənilərinin narahatlığının əsas səbəbinə toxunub: “İmkanı biraz yaxşı olanlar Xankəndidən qaçır. Anlayırlar ki, separatçıların varlığı onların gələcək taleyinə mənfi təsir göstərəcək. Separatçıların varlığı Xankəndi və digər ərazilərdə mövcud olduğu müddətcə erməni əhali narahatlıq və təşviş içində yaşamağa davam edəcək”.
Ələsgər / Busaat.az