Ermənistan Azərbaycan sərhədində müşahidə missiyası üçün yeni mexanizmin tətbiqini müzakirə edir

image-default-5backend

Son günlər Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası məsələsi ilə bağlı yeni mexanizmin tətbiqi imkanlarını müzakirə edir.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.

Mənbə bildirir ki, hakimiyyət sərhəddə müşahidəçilərin yerləşdirilməsi təklifi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etməyi planlaşdırır. Üstəlik, ötən gün BMT-nin Cenevrə ofisində bu mövzuda görüşün keçirildiyi barədə məlumat var ki, bu barədə ictimaiyyətə açıqlama verilməyib.

Yeri gəlmişkən, ötən gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri zamanı müşahidə missiyası ilə bağlı hərtərəfli müzakirə aparılıb. Qəzetin XİN-dəki mənbəsi bildirir ki, Klaar Ermənistan rəhbərliyinə sərhəddəki missiyanın Ermənistan-Azərbaycan sərhədini tərk edəcəyi barədə məlumat verib, halbuki yeni missiyanın mövzusu hələ tam qərarlaşdırılmayıb.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər üzrə komissarı Josep Borrell də Avropa İttifaqının müşahidə qrupunun mandatını uzatmayacağını açıqlamışdı. Mənbənin verdiyi məlumata görə, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan Klaara öz narahatlığını bildirib və qeyd edib ki, müşahidəçilərin ölkədən getməsi Ermənistan ictimaiyyəti arasında ciddi tənqidə səbəb olacaq və Aİ-nin bu ölkədə mövqelərini zəiflədəcək.

Əlavə edək ki, məlumata görə, dünən Aİ müşahidəçiləri Xankəndi-Gorus avtomobil yolunun bağlı hissəsində müşahidələr aparıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki