Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı

image-download-19backend

Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğal edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurub.

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Dağlıq  Qarabağın  Ermənistan tərəfindən işğalı nəticəsində oradakı bütün muzeylər, məscidlər, abidələr dağıdılıb.

Arxeoloji qazıntıların nəticələri  sübut edir ki, dünya və Şərq memarlığının ən gözəl incilərindən olan  abidələrin  əksəriyyəti bu torpaqlardadır. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları  hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı,  Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

İşğalçılar  kurqanları dağıdaraq qarət etdikləri tapıntıları Ermənistana daşımışlar.

Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın məzarlarını, mərmər daşları, qəbirüstü abidələri qarət etmiş, İşğaldan azad etdiyimiz ərazilərdəki meşələri yandıraraq, təbiətin incisi sayılan çinarlıqları məhv edib, su hövzələrinə zərər verməklə ekoloji fəlakət, teror aktı tötətmişdirlər.

Ermənistan qoşunlarını çıxartmağa məcbur qaldığı ərazilərimizdə ekoloji cinayət törətməsi, təbii sərvətlərimizi talan etməsi faktları  danılmazdır.Terrorçu dövlət olan Ermənistanın hərbi cinayətlərinin artıq sübuta ehityacı yoxdur. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb.

Azərbaycan 44 günə Ermənistanın uzun illər formalaşdırdığı “məğlubedilməzlik mifini” dağıtdı, işğala son qoyaraq öz torpaqlarını azad etdi.

Bununla da Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlər, həm Birinci, həm də İkinci Qarabağ Müharibəsi arasındakı dönəmdə ermənilərin işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv etməsi faktları gün üzünə çıxdı. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil, sadəcə xarabalıqları qalıb. Füzuli kimi şəhər yer üzündən silinib. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər, kəndlər də ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir.

 

Hüseyinli Mübariz

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90