Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 735 $▲0.40%
  • Ethereum2 259 $▲0.30%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
Gündəm

Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur – Prezident

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

Yenicag.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

Müraciətdə deyilir:

“Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və onlar bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisinə hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

www.busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=19523