Ermənistan hökuməti hərbi vəziyyət dövründə sosial şəbəkələrin bloklanmasını təklif edir – Hraparak

image-1406424backend

Hökumət “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik etmək qərarına gəlib. Layihəyə əsasən, hərbi vəziyyət dövründə mövcud qanunla müqayisədə daha sərt məhdudiyyətlər olacaq.

Busaat.az xəbər verir ki, bunu Ermənistan Respublikasının gündəlik “Hraparak” qəzeti yazır.

Qəzetin yazdıqlarına əsasən, söhbət internetin, elektron mətbuatın, sosial medianın qismən və ya tam məhdudlaşdırılmasından gedir. Mövcud qanunda fikrin ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin akkreditasiyası üçün xüsusi prosedur müəyyən edilib, lakin internetdən bəhs edilmir.

Yəni Ermənistan hakimiyyəti erməni cəmiyyətini internetdən və informasiyadan məhrum edir, halbuki özləri üçün istisna təşkil edirlər.

Layihə 2023-cü il yanvarın 6-dək ictimai müzakirəyə çıxarılacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90