“Erməni silahlılarının Azərbaycana qarşı təxribatları regionda marağı olan ölkələrin diqtəsi ilə həyata keçirdiyini nəzərə almaq lazımdır”.
Bunu ictimai rəydə yaranan “Ermənistan yeni müharibəyə” hazırlaşır fikri haqqında fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, Ermənistan öz xoşu ilə sağlam məntiqə əsaslanaraq Azərbaycana qarşı hansısa təxribatlar törədə bilməz:
“Ermənistanın təxribata yönəlik addım atması, yaxud müharibə etmək istəməsi sağlam məntiqə uyğun qərar hesab edilə bilməz. Erməni silahlılarının Azərbaycana qarşı təxribatları regionda marağı olan ölkələrin diqtəsi ilə həyata keçirdiyini nəzərə almaq lazımdır. Ermənilərin həm sərhəddə, həm də rus kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə törətdiyi təxribatlara baxsaq bunu kənar qüvvələrin diqtəsi ilə törətdiklərinin şahidi olarıq.
Hazırda Ermənistanın irimiqyaslı hərbi münaqişəyə əl atması real görünmür. Təxribatları istisna etmək olmaz. Ancaq genişmiqyaslı müharibənin, yaxud toqquşmaların baş verəcəyini real hesab etmirəm. Hər bir halda hazırlıqlarımızı daim maksimum səviyyədə saxlamalıyıq”.
Ələsgər / Busaat.az