Ermənistanın Nazirlər Kabinetinin binası yaxınlığında Dağlıq Qarabağdakı vəziyyətdən narazılığını bildirən etirazçılarla polis arasında toqquşma yaşanıb.
Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Təxribatlara uymayın! Nazirlər Kabinetinin binasına soxulmağa cəhd etməyin!”, – fəallardan biri etirazçılara müraciət edib.
Qarşıdurmada polisə butulkalar atılıb. Polis əməkdaşları etirazçıları sakit olmağa və güc tətbiq etməkdən çəkinməyə çağırıb.