Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.80 $▲1.17%
  • WTI neft101.89 $▲0.92%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.035 $▲1.68%
  • Qızıl4 033 $▲0.28%
  • Gümüş54.14 $▼0.06%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin80 155 $▲0.14%
  • Ethereum2 322 $▼0.19%
  • S&P 5007 680▲0.75%
16°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Ermənistan parlamentinin spikeri vətəndaşın üzünə tüpürdü - Üzr istədi

image-alen simonyan
Alen Simonyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm”.

Busaat.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bunu Facebook-da İrəvanın mərkəzində onu “satqın” adlandıran diaspor ermənisinin üzünə tüpürməsi ilə bağlı yazıb.

“Əziz həmvətənlər, dostlar:

Küçədə başıma gələn hadisənin müzakirə olunmağa davam etdiyini nəzərə alaraq, cavab vermək istəyirəm.

İlk öncə bu günlərdə mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Mən bu söhbəti birdəfəlik bağlamaq istəyirəm, belə bir məişət mövzusunun ölkəmizin üzləşdiyi ciddi problemlərlə yanaşı tirajlanmasına imkan verməyəcəyəm.

Bəli, demokratiya məmurun tənqid edilməli və tənqid oluna biləcəyini nəzərdə tutur; niyə olmasın, təxribatlar da ola bilər. Bizim vəzifəmiz onlara təslim olmamaqdır.

Mənə ünvanlanan şəxsi təhqirdən qəzəbləndiyimə görə təəssüflənirəm. Əminəm ki, ləyaqəti olan hər hansı bir erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət məhdudlaşdırıcı rol oynamalıdır.

Bu həm də mənim üçün bir dərsdir, çünki çox güman ki, mən və komandamızın digər nümayəndələri gələcəkdə də oxşar vəziyyətlərlə üzləşəcəyik.

Həm də bu, siyasi müxalifət üçün münasib fürsətdir ki, sonuncu öz ritorikasını, şəxsi təhqirlər taktikasını nəzərdən keçirsin və sivil debat meydanına qayıtsın.

Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün VƏTƏNDAŞLARIDAN üzr istəmək istəyirəm”, – Simonyan yazıb.

Busaat.az

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106135