Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft103.46 $▼0.06%
  • WTI neft96.04 $▲0.25%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.904 $▲1.15%
  • Qızıl4 038 $▲1.81%
  • Gümüş51.83 $▲3.75%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda599.50 ¢▲1.05%
  • Bitcoin78 247 $▲1.18%
  • Ethereum2 315 $▲1.92%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Siyasət

"Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğul olan Fransa özünə dərin bir quyu qazır" - Fərid Əliyev

image-ad853585_a753_4701_b42c_079bab965b691729008027
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur”.

Bunu Ucnoqta.Az-a açıqlamasında siyasi ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, dövlətimizin etibarlı tərəfdaş olması bir sıra ölkələrin gözünə “batır”:

“Bu gün Azərbaycan bölgədə lider dövlət olmaqla yanaşı, həmçinin beynəlxalq arenada da öz gücü, çəkisi və sözü olan dövlətdir. Dövlətimizin etibarlı tərəfdaş olması, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət bunu deməyə əsas verir. Lakin bir sıra dövlətlər Azərbaycanın bu uğurlarından narahatdır.  Gündən günə artan nüfuzumuz, dünya ölkələri ilə bağlanılan strateji tərəfdaşlıq müqavilələri Azərbaycanın gücünə güc qatır. Bunu gözü götürməyənlərin başında gələnlərdən biri də Makron hakimiyyətidir.

Cənab Prezidentin vurğuladığı kimi, Makron hakimiyyətinin planlarını alt-üst etməyimiz, yəni regionda möhkəmlənmək cəhdlərinin qarşısını almağımız onlar üçün uğursuzluqla nəticələnməklə yanaşı, bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə oldu, həm də onları gülünc vəziyyətə saldı. Məlumdur ki, Azərbaycan Fransanın şər və böhtanlarını, qərəzli addımlarını cavabsız qoymayıb və bundan sonra da layiqli cavabı verəcəkdir. Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Özünü “demokratiyanın beşiyi”, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Fransa hazırda Ermənistanı silahlandırmaqla məşğuldur. Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Fransa İrəvana silah göndərməklə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi Fransa kimi dövlətlərin maraqlarına uyğun gəlmir. Paris də digərləri kimi Ermənistandan alət kimi istifadə edir.

Bildiyimiz kimi, ölkəmizdə keçiriləcək COP29-a sayılı günlər qalıb. Bir çox dövlət və təşkilatlar tədbirin ölkəmizdə keçirilməsini dəstəkəyir. Hətta Ermənistan dövlətinin belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb. Makron hakimiyyətinin Azərbaycana qarşı bu mövqeyi uzun müddətli davam etməyəcək. Çünki Fransanın gənc nəsli fransa hakimiyyətinə qarşı çıxaraq, anti-Azərbaycan xislətindən uzaqlaşmağa çağırır. Onlar Makrondan fərqli olaraq anlayırlar ki, bu mövqe Fransanı uçuruma aparır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150327