“Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik” – XİN

image-oklbackend

“Mən bir daha bütün aidiyyəti tərəfləri Azərbaycan və Ermənistan arasında normallaşmaya zərər verməməyə çağırıram”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, sülhün və mehriban qonşuluq münasibətlərinin faydaları bəzi uzağı görə bilməyən geosiyasi manipulyasiyalara qurban verilməməlidir:

“Biz Ermənistana etdiyimiz bərabər və ədalətli sülh təklifimizi bir daha təkrarlayırıq və ikitərəfli əsasda və ya hər hansı qərəzsiz və neytral üçüncü tərəfin vasitəçiliyi ilə işləməyə çağırırıq. Biz Ermənistandan qarşılıqlı səmimi fədakarlıq gözləyirik. Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli “Şərq Tərəfdaşlığı” regionu qura bilərik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90