Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.40 $▼1.16%
  • WTI neft101.76 $▼1.46%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.988 $▼2.03%
  • Qızıl4 008 $▲0.01%
  • Gümüş54.22 $▲0.49%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda623.50 ¢▼0.24%
  • Bitcoin80 049 $▼0.13%
  • Ethereum2 326 $▼0.18%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Ermənistanın müharibə itkiləri ilə bağlı son məlumat açıqlandı

image-1623990837_1623989706_626cb5e4-0848-3e8f-a724-10135314bb43_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin ikinci Qarabağ müharibəsindəki itkilərlə bağlı son məlumatı açıqlayıb.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.
Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayı 3 700 nəfəri ötüb. “Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, – deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib. Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.

Ötən gün Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=50047