Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.47 $▲0.69%
  • WTI neft101.65 $▲0.85%
  • Avropa qazı (TTF)93.99 €▼2.19%
  • Təbii qaz (ABŞ)3.014 $▼0.76%
  • Qızıl4 016 $▼0.34%
  • Gümüş53.32 $▼0.80%
  • Pambıq78.48 ¢▼0.80%
  • Buğda615.25 ¢▲0.12%
  • Bitcoin79 843 $▼0.21%
  • Ethereum2 313 $▼0.34%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Analitika

Ermənistanın Qarabağda yaşayan ermənilər üçün planı Nədir? -DEPUTATDAN AÇIQLAMA

image-108899
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistan sülh müqaviləsinə əlavə təkliflər verərək Azərbaycana təqdim edib. Lakin bu əlavələrin dəqiq mahiyyəti hələki açıqlanmır”.

Bunu Ermənistanın Türkiyə vasitəsilə Azərbaycana çatdırdığı sülh müqaviləsinin mahiyyəti barədə fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, medianın yaydığı məlumata görə, Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında təkliflərimizə öz təkliflərini əlavə edib Türkiyə vasitəsilə Azərbaycana çatdırıb:

image-elman

“Haqqında söhbət gedilən sülh müqaviləsinin mətninin müəllifi Azərbaycandır. Azərbaycanın beş baza prinsipi ilə bağlı sülh müqaviləsinin prinsiplərinə bəzi əlavələr edilib. Lakin bu beş baza prinsipinin altı olduğu mənasına gəlmir. Söhbət beş baza prinsipinə söykənib əlavələr olunmasından gedir. Ermənistan sülh müqaviləsinə əlavə təkliflər verərək Azərbaycana təqdim edib. Lakin bu əlavələrin dəqiq mahiyyəti hələki açıqlanmır.
Bir şey bizə bəllidir ki, Ermənistan sülh təklifinə etdiyi əlavələrdə Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlüksəizliyi ilə bağlı məsələni qabardır. Hüquq və təhlükəsizlik məsələlərini qabardıb Qarabağda yaşayan ermənilər üçün muxtariyyət əldə etmək istəyir. Bunu açıq şəkildə edir”.

Deputat əlavə edib: “Prezident İlham Əliyev dəfələrlə qabardılan məsələnin daxili işimiz olduğunu vurğulayıb. Əlavə olaraq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu söyləyib. Azərbaycan Respublikası vətəndaşlığını qəbul edən ermənilər hər birimizlə eyni hüquqlara sahib olacaq. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyənlər isə çıxıb gedə bilər”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101034