Busaat.az bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir.
Qeyd olunub ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 8138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 13066,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 11434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.