Fələstin-İsrail münaqişəsinin nizamlanması üçün birtərəfli vasitəçilik səyləri kifayət etmir.
Busaat.az xəbər verir ki, bunu çünki bunun Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mən əminəm ki, heç kim fələstinlilərlə israilliləri təkbaşına barışdıra bilməz, ABŞ-ın bir ildir ki, etməyə çalışdığı kimi. Amma birtərəfli yox, kollektiv şəkildə hərəkət etmək lazımdır”, – deyə o, bildirib.
Qeyd edək ki, Qəzza zolağından HƏMAS terrorçularının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə gərginlik alovlanıb. HƏMAS bu hücumu İsrailin Əl-Əqsa məscidinə qarşı addımlarına cavab kimi qiymətləndirib.
Natiq Kərimli,
Busaat.az