Fərqanə Qasımovadan Əli Mirəliyevə SƏRT CAVAB – “Yoldan keçən insan…”

image-photo_15426733backend

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev AZİNFORM.AZ-a açıqlamasında Əməkdar artist Fərqanə Qasımovanı Cahangir Cahangirovun “Durnalar” mahnısını Hindistan variantında oxumaqda ittiham edib. 

Əməkdar artistin cavabı isə gecikməyib.

Fərqanə Qasımova Musavat.com-a bildirib ki, yoldan keçən insanın sözünə reaksiya vermək özü bir çatışmazlıqdır: “İyulda Şuşada keçirilən Vaqif Poeziya Günləri “Durnalar” mahnısı ilə – mənim ifamla açıldı. Möhtəşəm reaksiya gördüm. Sənət muzey ifası deyil ki, qoyduğun kimi qalsın. Hər kəsin öz ifası var. Mahnını öz səsinlə, öz dünyanla ifa edirsən. Əsas odur ki, onu necə hiss edib oxuyuruq. Mahnını çox fərqli, çox gözəl oxumuşam. Sənətimiz hər zaman göz önündə olub. Mən heç Alim Qasımovu da təkrarlamıram”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki