FETÖ-dən Baydenə məktub

image-bidenbackend

FETÖ-çülər ABŞ prezidenti Co Baydenə məktub yazıblar.

Busaat.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Fətullahçı Terror Təşkilatının təşkilat daxilindəki dərin çatı aradan qaldırmaq üçün ABŞ prezidenti Co Baydenə göndərilməsi üçün Türkiyədən şikayət məktubu hazırladığı ortaya çıxıb.

Belə ki, FETÖ-çülər hazırladıqları məktubda dövlət çevrilişinə cəhddən bəhs edilmədən təşkilat üzvlərinə qarşı ədalətsiz siyasətlər aparıldığını bildiriblər.

Təşkilat üzvləri Səlahəddin Dəmirtaş, Osman Kavala və Yüksel Yalçınkayanın Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı Türkiyə hökumətindən ABŞ prezidenti Baydenə şikayət etdiyi qeyd olunub.

Məktubda Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərə müdaxilə cəhdinə diqqət çəkilib və ABŞ-nin Türkiyəyə yanaşmasının “insan haqlarına əsaslanan” olması və Baydendən Türkiyə hökumətinə təzyiq göstərməsi tələb olunub.

Təşkilat məktubu paylaşmazdan əvvəl imzatoplama kampaniyası təşkil etməyə başlayıb. FETÖ məktuba əlavə olunacaq imzaların sayını artırmaqla təşkilatın ABŞ prezidenti Bayden üzərində təsirini artırmağı hədəfləyir.

FETÖ 2024-cü ilin iyul ayında ABŞ-da keçiriləcək və prezident Ərdoğanın da qatılacağı NATO Liderlər Zirvə toplantısında Baydenə məktubun gündəmə gətirilməsini təmin etmək üçün çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki