FETÖ əməliyyatı nəticəsində 9 şübhəli saxlanıldı

image-qandalbackend

Mersində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaqda 9 şübhəli saxlanılıb.

Busaat.az türk mediasına istinadən xəbər verir ki, İl Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları FETÖ-nün hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün əməliyyat aparıb.

Bu çərçivədə şübhəlilərdən bəzilərinin təşkilatın şifrəli ünsiyyət proqramı olan “Bylock” istifadəçisi olduğu müəyyən edilib.

9 şübhəli barəsində həbs qərarı verildikdən sonra təyin olunmuş ünvanlarda əməliyyat keçirilib.

Polisin şübhəlilərin tutulması və ünvanlarda axtarışları davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90