Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqı nə qədərdir? – Sürücülərin NƏZƏRİNƏ!

image-photo_226627backend

Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, texniki baxışla bağlı son dövrlər vətəndaşlar, sürücülər bəzi narazılıqlarını bildirirlər.

O qeyd etdi ki, çünki fevralın 1-dən əlavə utilizasiya haqqı ödəməlidirlər:

“Əslində, bu, o qədər də böyük rəqəm deyil, simvolik rəqəmdir. Yəni yığılan vəsait utilizasiya fonduna yığılmalıdır və oradan gələcəkdə utilizasiya olunacaq avtomobillərə həmin fonddan ödəniş olacaq. Belə bir şey dünya praktikasında var. Söhbət ondan gedir ki, bizim avtomobil parkımız hazırda çox köhnəlib. Yəni avtomobillərin 70-80 faizi 20 ildən və ondan daha çox istehsal tarixi olan avtomobillərdir. Köhnələ-köhnələ də gedir. Ölkəyə gətirilən avtomobillərin sayı da durmadan artır. Ölkədə avtomobil artır və eyni zamanda, avtomobil parkı köhnəlməkdə də davam edir. Bir şəkildə köhnə avtomobillər utilizasiya olunmalıdır. Yəni bunlar dövriyyədən çıxarılmalıdır. Bunun üçün də müəyyən vəsait tələb olunur. Çünki bunun müəyyən hissələri var, müəyyən materiallardan təşkil olunub.

Bunu ləğv etmək üçün müəyyən xərc tələb olunur. Həmin xərci ödəmək üçün bu fond təşkil olunub. Bu fonda da ölkəyə idxal olunan avtomobildən, eyni zamanda, hər il texniki baxışdan keçən avtomobillərdən rüsum tutulacaq. Yəni böyük rəqəm də deyil. 1 ildən 10 ilə qədər 10 manatdır, 11-21 il 20 manat, 21-31 il 30 manat, 31 ildən yuxarı olan isə 40 manatdır. Bu da tətbiq olunur ki, köhnə avtomobillər alınmasın. Təzə avtomobilə keçid olunsun, köhnə avtomobillər yavaş-yavaş dövriyyədən çıxsın. Eyni zamanda da, fond formalaşsın ki, o pulu, yəni utilizasiya gedən avtomobilin pulu fonddan verilsin. Yəni bunun məqsədi, məramı bundan ibarətdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki