Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq.
Busaat.az xəbər verir ki, bu gün və sabah havada kiçik pozuntular olacaq.
Sabah günortadan etibarən isə havada zəif maqnit qasırğası müşahidə olunacaq.
Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-adək davam edəcək. 15:00-dan etibarən isə səngiyəcək.
Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir.BAKU.WS