Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.07 $▼0.19%
  • WTI neft91.07 $▼0.04%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.015 $▼0.26%
  • Qızıl4 133 $▲0.12%
  • Gümüş53.07 $▼0.01%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.04%
  • Bitcoin74 560 $▼0.22%
  • Ethereum2 138 $▲0.60%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Son dəqiqə

Fevralın 24-də ölkədə bu bayram qeyd olunacaq

image-bayram
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq.

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır.

Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə – təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir.

Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə, “təzə su”dan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olur; su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur, dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təamlar əlavə olunur.

Qeyd edək ki, Fevralın 24-də ilk – Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq. (Metbuat.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180541