Feyk xəbərlərlə reytinq toplamağa çalışırlar – İsmayılov

image-ehmed_1backend

Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar KİV-lərin fəaliyyətinə mənfi təsir edir.

Busaat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilər:

“Biz cəmiyyətimizi çaşdırıcı informasiyalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki