Firdovsi Cəfərov vəzifəsindən azad edildi

image-vezife-10-jpg-1747908530backend

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.

Busaat.az xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.

Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki