“Formula 1” koronavirus testlərinin nəticələrini açıqladı

“Formula 1” koronavirus testlərinin nəticələrini açıqladıbackend

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və “Formula 1” koronavirus testlərinin nəticələrini açıqlayıb.

Busaat.az “Formula 1″in rəsmi saytına istinadən xəbər verir ki, 26 iyun – 2 iyulda 4032 şəxs testdən keçib. Onlardan heç birinin nəticəsi müsbət olmayıb.

Qeyd edək ki, “Formula 1″də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq.

“Formula 1″də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90