Fransa polisi nümayişləri PUA ilə izləyəcək

image-875fe2b947eae6ebackend

Fransada Dövlət Şurası başda polis və jandarm olmaqla təhlükəsizlik qüvvələrinin nümayişlərdə pilotsuz uçuş aparatlarından (PUA) istifadəsinə icazə verib.

Busaat.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, polisin nümayişlərdə pilotsuz uçan aparatlardan istifadə etməsinə icazə verən fərmana etirazı dəyərləndirilib. Məhkəmə “təcrübənin qanuniliyinə ciddi şübhə olmadığını” əsas gətirərək nümayişlərdə pilotsuz təyyarələrdən istifadə edilməsində heç bir problem olmadığına qərar verib.

Qeyd edək ki, qərar 2020-ci ildə qəbul edilib. Fərman çıxmamışdan əvvəl polis tərəfindən həyata keçirilən bu tətbiqi qadağan edən məhkəmə, bu dəfə aprel ayında dərc edilən fərmanla PUA-lardan istifadə etmək səlahiyyəti olan polis və jandarmın lehinə qərar verib. Qərara əsasən, polis tərəfindən PUA-lardan istifadə zamanı qanun pozuntuları aşkar edilərsə, inzibati hakim buna müdaxilə edə bilər. Polis yalnız dronlarla şübhəli vəziyyətləri izləyə biləcək, hər hansı digər istifadə pozuntu sayılacaq.

Fransada 1 May günü ilə əlaqədar ölkə daxilində təşkil edilən nümayişlərdə polis paytaxt Paris də daxil olmaqla Lion, Havre kimi bir çox şəhərdə dronlardan istifadə edib. Bir çox dərnək buna etiraz edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90